İdmançımıza 2 illik sanksiya
Azərbaycan idmançısı Kənan Vəliyev antidopinq qaydalarını pozduğuna görə 2 il müddətinə yarışlardan kənarlaşdırılıb.
SportPost.az xəbər verir ki, atleti nümunə toplanmasından yayınma, nümunə verməkdən imtina və ya nümunəni təqdim etməmək qayda pozuntusu ilə əlaqədar olaraq sanksiyaya məruz qalıb.
Qərara əsasən, Kənan Vəliyevin diskvalifikasiya müddəti 15 aprel 2026-cı il tarixində başlayıb və 15 aprel 2028-ci ilədək davam edəcək.
Beləliklə, idmançı 2 il ərzində rəsmi yarışlarda iştirak edə bilməyəcək.