Varkonyi: "Qol vurmağın yolunu tapmalıyıq"

  • 23 Noyabr 2026, 16:30

"Düşünürəm ki, qol vurmağın yolunu tapmayana qədər bizim üçün çətin olacaq. Müdafiədə də bəzi səhvlərimiz oldu, amma qapımızı toxunulmaz saxlaya bildik. Bu isə həmişə qələbə qazanmaq üçün yaxşı şansdır. Ancaq bir daha qeyd edirəm ki, qol vurmağın yolunu tapmalıyıq".

SportPost.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bense Varkonyi Premyer Liqanın XII turunun "Kəpəz"lə səfər oyunundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Futbolçu komandanın son oyunlarda qol vurmaqda yaşadığı çətinliklərə toxunub. O bildirib ki, bu problemi həll etmək üçün daha diqqətli olmalı, hücumların sayını artırmalı və rəqib müdafiəsində boşluqlar axtarmalıdır: "Daha diqqətli olmalı, daha çox hücum qurmalıyıq. Futbol belədir. Biz qol vurmaq üçün oynayırıq və hər kəs fərqlənmək istəyir. Qol vurmağın yolunu tapmalıyıq. Rəqiblərimiz də bizə qarşı oynayarkən müdafiəyə çəkilir, cərimə meydançasında 10 futbolçu ilə müdafiə olunurlar. Belə vəziyyətdə boşluq tapmaq çətindir. Buna görə də çalışmağa, təzyiq göstərməyə və cəhd etməyə davam etməliyik. Heç vaxt təslim olmamalıyıq".

Akif Əhmədov / SportPost.az


Paylaş: