Millimizdən heç-heçə

  • 17 Noyabr 2026, 16:02

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin I raundunda sonuncu oyununu keçirib.

SportPost.az xəbər verir ki Emin Mustafayevin baş məşqçi olduğu komanda Litvanın müvafiq yaş qrupundan olan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 65-ci dəqiqədə Rəsul Balakişiyev bərabərlik qoluna imza atıb. Beləliklə, millimiz seçmə mərhələni 1 xalla başa vurub.

Xatırladaq ki, U-17 daha əvvəl Şimali İrlandiya (0:4) və Almaniyaya (0:7) məğlub olub.


Paylaş: