Millimiz 3 addım irəli

  • 18 Noyabr 2026, 14:11

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.

SportPost.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.

Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) 2-ci, Fransa komandası (1950.82) 3-cüdür.


Paylaş: