İdmançımız rusiyalı rəqibinə qalib gəldi

  • 31 Oktyabr 2026, 10:45

Qaydasız döyüş üzrə (MMA) azərbaycanlı idmançı Tural Rəhimov oktyabrın 30-da Tacikistanın Düşənbə şəhərində keçirilən "ACA 209" turnirində qələbə qazanıb.

SportPost.az xəbər verir ki, 38 yaşlı döyüşçü yarım yüngül çəki dərəcəsində rusiyalı Naşxo Qalayevlə qarşılaşıb. Üç raund davam edən döyüşdə Rəhimov hakimlərin yekdil qərarı ilə qalib gəlib – 29:28, 29:27, 29:28.

Bu, azərbaycanlı idmançının peşəkar karyerasında 23-cü qələbəsi olub. Onun hesabında 10 məğlubiyyət də var. Rəqibinin aktivində isə 13 qələbə və 11 məğlubiyyət yer alır.


Paylaş: