Xankəndi stadionu ilə bağlı xoş xəbər
Xankəndi şəhər stadionunda yenidənqurma işlərindən sonra təşkil olunacaq ilk rəsmi qarşılaşmanın tarixi və başlama saatı açıqlanıb.
SportPost.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qəbul etdiyi qərara əsasən, noyabrın 19-da I Liqanın VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları arasında keçiriləcək görüş məhz bu arenada baş tutacaq. Matçın start fiti saat 16:00-da səslənəcək.
Qeyd edək ki, “Xankəndi” klubu növbəti ev qarşılaşmalarını da öz meydanında – Xankəndi şəhər stadionunda keçirəcək. MOİK komandasının bu stadionun xidmətlərindən yararlanması isə qış fasiləsi başa çatdıqdan sonra planlaşdırılır.
Anar