Bu dəfə gümüş medal
Yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında gümüş medal qazanıb.
Sportpost.az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı final görüşündə qazaxıstanlı Aybek Aytbekovla bacarmayıb.
Görüş Elmir Əliyevin 4:13 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Əliyev ardıcıl 2-c dəfə U-23 dünya çempionatında fəxri kürsüyə qalxıb. O, ötən il çempion olmuşdu.