Niko Pas Premyer Liqaya köçür?
“Mançester Yunayted” “Komo”nun yarımmüdafiəçisi Niko Pası transfer etmək istəyir.
SportPost.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
22 yaşlı argentinalı futbolçunun “Real Madrid”ə qayıtmağa isti yanaşmadığı bildirilir. Buna səbəb Madrid klubunun ona əsas heyətdə mühüm rol vəd edə bilməməsidir. Bununla belə, “Real”ın futbolçunu 80 milyon avroya geri almaq hüququ qalır.
Məlumata görə, Bruno Fernandeşin komandadan ayrılacağı təqdirdə “Mançester Yunayted” Pasın transferi üçün əsas namizədlərdən biri olacaq.
Qeyd edək ki, Niko Pas 2024-cü ildə “Real Madrid”dən 6 milyon avroya “Komo”ya keçib. Argentinalı futbolçu cari mövsümdə İtaliya klubunun heyətində 16 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Anar