ABŞ Konqresi FİFA əməkdaşlarını dindirəcək
ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsi FİFA-nın uğursuzluqla nəticələnən Fifa Forward Enterprise (FFE) layihəsi ilə bağlı araşdırmaya başlayıb.
SportPost.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Bildirilir ki, noyabrın 25-də FİFA-nın bir neçə hazırkı və keçmiş yüksək vəzifəli əməkdaşına ifadə vermələri ilə bağlı müraciət göndərilib.
Araşdırma çərçivəsində FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planı və təşkilatın ABŞ prezidenti Donald Trampın administrasiyası ilə mümkün əlaqələri nəzərdən keçiriləcək.
Məlumata görə, könüllü dinləmələr artıq gələn həftə başlaya bilər. Gələn ilin yanvarında isə komitənin İnfantino da daxil olmaqla, bəzi şəxslərə rəsmi çağırış göndərməsi gözlənilir.
Qeyd edək ki, İnfantino 2026-cı ilin iyulunda FFE şirkətinin yaradılmasını təklif etmişdi. Layihəyə əsasən, FİFA turnirlərinin kommersiya hüquqlarının şirkətə verilməsi və səhmlərin 20 faizinin 4,2 milyard dollara investorlara satılması nəzərdə tutulurdu. UEFA-nın da sərt tənqid etdiyi layihə sonradan ləğv edilib.
Anar