Rusiya ilə oynamaqdan imtina etdilər

  • 3 Noyabr 2026, 15:11

Norveç millisi 2027-ci ildə keçiriləcək xokkey üzrə dünya çempionatı ilə bağlı rəsmi bəyanat yayıb.

SportPost.az xəbər verir ki, bəyanatda yığmanın mövcud vəziyyəti və əldə olan məlumatları nəzərə alaraq turnir çərçivəsində Rusiya millisinə qarşı keçiriləcək oyunda iştirak etməyəcəyi bildirilib.

Federasiyanın məlumatına görə, bu qərar noyabrın 2-də Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) Şurasına çatdırılıb.

Qeyd edək ki, dünya çempionatının Almaniyada keçirilməsi planlaşdırılır.


Paylaş: