Rassell daha 12-15 il Formula 1-də

  • 30 Oktyabr 2026, 14:52

“Mercedes”in britaniyalı pilotu Corc Rassell karyerası və gələcək hədəfləri barədə danışıb.

SportPost.az xəbər verir ki, 28 yaşlı pilot Lüis Hemilton və Fernando Alonsonun nümunəsini göstərərək Formula 1-də uzun illər yarışmaq niyyətində olduğunu bildirib. Rassell karyerasının bitmədiyini və qarşıda daha 12-15 ilinin olduğunu vurğulayıb.

Qeyd edək ki, Rassell 2026-cı il mövsümündə 242 xalla pilotların şəxsi sıralamasında ikinci yerdədir. O, komanda yoldaşı Andrea Kimi Antonellidən 123 xal geri qalır.

Anar


Paylaş: