Ançelottidən gənc çempiona təbrik
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Formula-1 üzrə 2026-cı il mövsümünün çempionu olan italiyalı pilot Andrea Kimi Antonellini təbrik edib.
SportPost.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında 20 yaşlı pilotun uğuruna münasibət bildirib.
“Sən bütün dünyada Emiliyanın fəxr mənbəyisən. Təbriklər!" — deyə baş məşqçi X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, “Mercedes” komandasının pilotu Antonelli Bolonya şəhərində anadan olub. Şəhər İtaliyanın şimalındakı Emiliya-Romanya regionunun tarixi mərkəzidir. Ançelotti də həmin regionun Reqqolo kommunasında dünyaya gəlib.
Antonelli Formula 1 tarixinə ən gənc çempion kimi düşüb.