Alonso virusa yoluxdu

  • 26 Noyabr 2026, 16:52

“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso virus infeksiyası səbəbindən Qətər Qran-prisi öncəsi mətbuat tədbirlərində iştirak etməyəcək.

SportPost.az xəbər verir ki, bu barədə “Aston Martin” komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispaniyalı pilot Las-Veqas Qran-prisinin yarış həftəsonunun sonlarına yaxın yoluxduğu virus infeksiyasından sağalmağa davam edir.

Komandanın açıqlamasında Alonso-nun vəziyyətinin yaxşılaşdığı və cümə günü paddoka qayıtmasının gözlənildiyi qeyd olunub.

Noyabrın 27-də keçiriləcək ilk sərbəst yürüşdə 45 yaşlı pilotu “Aston Martin”in ehtiyat sürücüsü Cek Krouford əvəzləyəcək. Onun bu sessiyada iştirakı Alonso-nun xəstələnməsindən əvvəl planlaşdırılıb.

Qeyd edək ki, 21 yaşlı amerikalı Las-Veqas Qran-prisinin ilk sərbəst yürüşündə də Alonso-nu əvəz etmişdi. Lakin güclü yağış səbəbindən yalnız quraşdırma dövrəsi vura bilmişdi.

Cari mövsümdə 7 xal toplayan Alonso pilotların şəxsi sıralamasında 18-ci yerdə qərarlaşıb.

Qətər Qran-prisi noyabrın 27-dən 29-dək Lusail avtodromunda keçiriləcək.

Anar


Paylaş: