NBA: Körri 17-ci yerə yüksəldi
“Qolden Steyt Uorriorz”un 38 yaşlı basketbolçusu Stiven Körri NBA tarixinin ən məhsuldar oyunçuları siyahısında 17-ci yerə yüksəlib.
SportPost.az xəbər verir ki, dördqat NBA çempionu bu göstəricidə əfsanəvi Oskar Robertsonu geridə qoyub.
Körri “Mayami Hit”lə ev oyununda ilk rübün başa çatmasına 7 dəqiqə 3 saniyə qalmış dəqiq 3 xallıq atışla karyerası ərzində topladığı xalların sayını 26 711-ə çatdırıb. Beləliklə, o, 26 710 xalı olan Robertsonu geridə qoyaraq tarixi reytinqdə 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıda Karriyə ən yaxın basketbolçu “Denver Naqqets”in üzvü Demar Derozandır.
Anar