NBA-da 44,2 milyon dollarlıq müqavilə

  • 14 Oktyabr 2026, 17:04

NBA təmsilçisi “Boston Seltiks” müdafiəçi Peyton Priçardla müqaviləni iki il müddətinə uzatmaq barədə razılığa gəlib.

Sportpost.az xəbər verir ki, yeni müqavilənin ümumi dəyəri 44,2 milyon dollar təşkil edəcək. ESPN-in məlumatına görə, anlaşmada 2029/2030 mövsümü üçün qarşılıqlı seçim hüququ da nəzərdə tutulub.

Yeni müqavilə tam zəmanətlidir. Priçard 2024-cü ildə NBA çempionu olub, 2024/2025 mövsümündə isə liqanın ən yaxşı ehtiyat oyunçusu seçilib.

Basketbolçu ötən mövsüm hər oyunda orta hesabla 17 xal, 5,2 məhsuldar ötürmə və 3,9 ribaundla yadda qalıb. Bu göstəricilərin hər üçü onun karyerasında ən yaxşı nəticə olub.

Mövcud müqaviləyə əsasən, Priçard 2026/2027 mövsümündə 7,8 milyon, 2027/2028 mövsümündə isə 8,3 milyon dollar qazanacaq. Yeni anlaşmaya əsasən, onun maaşı ilk il 21,2 milyon, ikinci il isə 22,9 milyon dollar olacaq.

Beləliklə, müdafiəçinin 2028/2029 mövsümündəki qazancı əvvəlki mövsümlə müqayisədə 2,5 dəfədən çox artacaq.


Paylaş: