Luka Donçiç ilk pillədə
SportPost.az xəbər verir ki, liqanın rəsmi sosial şəbəkə hesabında yayımlanan siyahıya “Los-Anceles Leykers”in sloveniyalı ulduzu Luka Donçiç başçılıq edir.
İkinci pillədə “San-Antonio Spörs”un fransalı basketbolçusu Viktor Vembanyama qərarlaşıb. İlk üçlüyü isə NBA-nın son MVP mükafatçısı Şey Gildjes-Aleksander tamamlayır.
NBA-nın açıqlamasında bildirilib ki, mövsümün əvvəlində olmasına baxmayaraq, fərdi mükafat uğrunda mübarizə artıq başlayıb. Xal, ribaund, məhsuldar ötürmə və blok göstəricilərində liderlik basketbolçuların MVP namizədləri arasında yer almasına ciddi təsir göstərir.
Qeyd edək ki, bu, cari mövsümün ilk “MVP Ladder” reytinqidir. Siyahı mövsüm ərzində basketbolçuların fərdi çıxışlarına əsasən yenilənəcək.
Anar