“Qarabağ”da zədəli futbolçularla bağlı xoş xəbər
“Qarabağ”ın futbolçuları Bəhlul Mustafazadə və Joni Montiel komanda ilə birlikdə məşqlərə başlayıblar.
Bu barədə SportPost.az-a klubdan məlumat verilib. Digər zədəli futbolçu Elvin isə hələlik həkim nəzarəti altında fərdi məşqlərini davam etdirir.
Xatırladaq ki, Bəhlul fevralda “Nyukasl”la (1:6), Montiel isə apreldə “Neftçi” ilə (1:2) qarşılaşmada zədələnmişdi. Digər futbolçu Elvin Cəfərquliyev isə avqustda “Dinamo” Kiyevlə görüşdə zədə almışdı.
Akif Əhmədov / SportPost.az