Məsiyev Belçikaya gedir

  • 3 Noyabr 2026, 14:08

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

SportPost.az xəbər verir ki, 35 yaşlı hakim Belçikada yerli "Anderlext" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də keçiriləcək "Anderlext" - "Zaltsburq" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


Paylaş: